DİN-dən yeni şəxsiyyət vəsiqələri barədə iddialara cavab
Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıçısında (çipində) yerləşdirilən müəyyən məlumatların oxunmasının mümkünsüzlüyü barədə səslənmiş iddialarla bağlı qeyd olunmalıdır ki, göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub. Həmin faylları Daxili İşlər Nazirliyinin (mia.gov.az) və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (https://azvision.az/redirect.php?url=http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.
Nazirlik rəsmisi həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin beynəlxalaq standartlara uyğun olmaması barədə iddialara da cavab verib və bu fikirlərin də həqiqətdən uzaq olduğunu qeyd edib. O bildirib ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” 7 fevral 2012-ci il tarixli fərman imzalayıb. “Həmin fərmanda Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsinin, bu sənədin hər iki üzündə əksini tapmış məlumatlar və rekvizitlərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) standartlarına tam uyğun olduğu xüsusi qeyd olunub. Ona görə də özlərini “ekspert” hesab edənlərin yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi prosesinə cəlb olunmuş, kifayət qədər təcrübəsi olan əməkdaşların səriştəsinə və bacarığına şübhə etmələri, bu sahənin peşəkarlarına az qala “dərs” keçmək cəhdləri təəccüblü olduğu qədər də təəssüfləndiricidir”.
AzVision.az
Teqlər: DİN