Qazaxıstan Milli Qvardiyasının baş komandanı Bakıya gəlib

Qazaxıstan Milli Qvardiyasının baş komandanı Bakıya gəlib
  29 Sentyabr 2018    Oxunub:2035
Sentyabrın 28-də Qazaxıstan daxili işlər orqanlarının vahid sisteminə daxil olan Qazaxıstan Milli Qvardiyasının baş komandanı, general-leytenant Ruslan Jaksılıkovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Daxili Qoşunların mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ruslan Jaksılıkov ilə görüşüb.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini-Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun general-leytenant Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Görüşdə hər iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyi yüksək qiymətləndirilib, belə əməkdaşlığın, təcrübə mübadiləsinin ölkələrimizin ümumi mənafelərinə xidmət etdiyi vurğulanıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti