Ramil Usubov vətəndaşlarla görüşüb

Ramil Usubov vətəndaşlarla görüşüb
  29 Sentyabr 2018    Oxunub:2435
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 29-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, ​Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 32 nəfəri şəxsən dinləyən nazir R.Usubov onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

​Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

AzVision.az


Teqlər: Ramil-Usubov   Qəbul  





Xəbər lenti