Oqtay Əsədov prezidentə təşəkkür edib

Oqtay Əsədov prezidentə təşəkkür edib
  01 Oktyabr 2018    Oxunub:1556
“Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin fəaliyyətinə yüksək qiymət verib. Ölkəmizin qanunvericilik bazası yüksək meyarlara cavab verir. Bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində demokratik inkişafla bağlı siyasətimizin aparılmasında parlamentin çox böyük rolu var”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında spiker Oqtay Əsədov deyib.

MM sədri parlamentin fəaliyyətinə yüksək qiymət verdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Spiker qeyd edib ki, parlamentin payız sessiyasında bir sıra qanunlar qəbul ediləcək, sessiya uğurla başa çatacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Spiker   İlham-Əliyev  





Xəbər lenti