"Deputatlar təşkil etdiyimiz ingilis dili kursuna qatılmadı" - Spiker

  01 Oktyabr 2018    Oxunub : 773
"Deputatlar təşkil etdiyimiz ingilis dili kursuna qatılmadı" - Spiker
“Bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil etmişdik. Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Spiker bildirib ki, həmin kursa 3-4 deputat qatılmışdı.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: MM   Spiker