“Yas və toy mərasimləri qanunla tənzimlənməlidir” - Deputat

“Yas və toy mərasimləri qanunla tənzimlənməlidir” - Deputat
  01 Oktyabr 2018    Oxunub:2618
Azərbaycanda yas və toy mərasimlərinin qanunla tənzimlənməsi təklif edilir. AzVision.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Deputat qeyd edib ki, bununla bağlı ziyalılar da, deputatlar da çıxış ediblər, oradan vəsait əldə edən insanlar bunun qarşısını almaq üçün müxtəlif bəhanələr gətirirlər, nəticədə bu proses davam edir.

S.Novruzov bu sahə ilə bağlı qanun qəbul edilməsinin zəruriliyini qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MM   Deputat   Yas   Toy  





Xəbər lenti