"Onların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir" - Millət vəkili

  01 Oktyabr 2018    Oxunub : 1316
"Onların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir" - Millət vəkili
Müasir dövrdə informasiya vasitələri bir silaha çevrilib. Qərbin müxtəlif dairələrində bu siyasəti Azərbaycana qarşı həyata keçirənlər var”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, informasiya vasitələri sırasında televiziya və radio öz yerini sosial mediaya, əsasən də “youtube” video portalına verir:

“Hazırda “youtube”u izləyənlərin sayı 1 milyardı keçir. 21-ci əsrin dövləti öz mənafeyini tamam ayrı mexanizmlər üzərindən qorumalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır və bu sosial media üzərindən öz təbliğatını aparmalıdır. Bu çox vacib məsələdir”.

Milli Məclisin üzvü qeyd edib ki, biz terrorla bağlı qanunvericiliyimizə yenidən baxmalıyıq.

“Haradasa əyləşib Azərbaycan əleyhinə sosial şəbəkə vasitəsilə zəhər axıdan adamlar varsa, onların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir. Biz Suriyada əlinə silah alıb döyüşən adamı vətəndaşlıqdan məhrum etmək və onlara sərt sanksiyalar tətbiq etməklə işimizi bitmiş saymamalıyıq. Eyni zamanda Azərbaycanın hər bir parlament üzvünü, bütün hökumət strukturlarını və məmurları ən azı öz sahələri üzrə dövlət əleyhinə yönələn kampaniyalara cavab verməyə çağırıram”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis