Ziyafət Əsgərovdan deputatlara xəbərdarlıq

Ziyafət Əsgərovdan deputatlara xəbərdarlıq
  01 Oktyabr 2018    Oxunub:1961
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputatlara xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, Z.Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında "Standartlaşdırma haqqında" qanuna dəyişiklik layihəsinə səsvermə zamanı deyib ki, zalda 100-ə yaxın deputat var, amma səsvermədə 84 deputat iştirak edir. Vitse-spiker deputatlara müraciət edərək deyib ki, səsvermə zamanı diqqətli olun.

Qeyd edək ki, dəyişiklik texniki xarakterlidir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MM   Ziyafət-Əsgərov  





Xəbər lenti