Azərbaycanda yeni zirvə fəth olunub - FOTOLAR

Azərbaycanda yeni zirvə fəth olunub - FOTOLAR
  01 Oktyabr 2018    Oxunub:2472
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) alpinistləri Heydər Əliyev Fondunun təşəbbüsü, Bakı Media Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth ediblər.
AzVision.az federasiyanın saytına istinadən xəbər verir ki, Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib. Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib.



Ümumi çəkisi 95 kiloqram, hündürlüyü isə 1 metr 40 santimetr olan abidə zirvəyə alpinistlərin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin köməyi ilə daşınıb.

Abidənin müəllifi Əməkdar rəssam və heykəltəraş Azad Əliyevdir. Layihənin əlaqələndiricisi isə Səlhab Məmmədovdur.













AzVision.az


Teqlər: AXC-100   Zirvə  





Xəbər lenti