Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-da toplandı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-da toplandı
  01 Oktyabr 2018    Oxunub:2036
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda "Dəyişən dünyada davamlı sülh və inkişaf" mövzusunda XIV ali səviyyəli toplantısı keçirilib.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, toplantının açılışında Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstanın Baş naziri Boyko Borisov, Rumıniya Baş nazirinin müavini Anna Birçal və Mərkəzin həmsədri İsmayıl Serageldin çıxış ediblər.

Maltanın Baş naziri Cozef Muskat, Makedoniya Prezidenti Georgi İvanov, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, İsrailin sabiq xarici işlər naziri Tsipi Livni, Ərəb Liqasının sabiq rəhbəri Əmr Musa, Rumıniya və Fələstinin baş nazirlərinin müavinləri də toplantıda iştirak ediblər.

Çıxışlarda dünyanı narahat edən sülh və təhlükəsizlik problemləri haqqında danışılıb. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı geniş müzakirələr aparılıb. Bu proqramın Avropa İttifaqının genişləndirilməsi, regionda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və inteqrasiyanın təmin olunması baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Avratlantik münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb, ideya və təşəbbüslər geniş müzakirə edilib.

Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb.

AzVision.az


Teqlər: Nizami-Gəncəsi   Toplantı  





Xəbər lenti