Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanılıb
  02 Oktyabr 2018    Oxunub:1580
Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 10-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti