“Murtuz Ələsgərov xalq hərəkatının generallarından biri olub” - Əli Həsənov
Prezidentin köməkçisi bildirib: “Kortəbii formada olan xalq hərəkatının sonrakı dövrdə mütəşəkkilləşməsinə dəstək verdi. Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsi ortaya atılmışdı. Həmin məsələ ilə bağlı xeyli deputat etiraz etmişdi. Onlar arasında Arif Rəhimzadə, Eldar İbrahimov var idi. Onlar parlamentdə müzakirə olunan ədalətsiz qərara qarşı mübarizə aparırdılar. İctimai dəstəyi isə Murtuz Ələsgərov verirdi. Həmin dövrdə Murtuz Ələsgərov ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoydu. Ona fiziki xəsarət də yetirmişdilər”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Əli-Həsənov Murtuz-Ələsgərov