Türkiyəli hərbçilər Azərbaycanda səfərdədir

Türkiyəli hərbçilər Azərbaycanda səfərdədir
  02 Oktyabr 2018    Oxunub:1670
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokoluna əsasən, Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti Bakıda səfərdədir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 2-də Türkiyənin nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

Görüşdə Azərbaycan tərəfindən Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Türkiyə tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub. Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub. Səfər oktyabrın 5-dək davam edəcəkdir.

AzVision.az


Teqlər: MN   Türkiyə  





Xəbər lenti