Bir ayda 1346 hərbi sursat zərərsizləşdirilib

Bir ayda 1346 hərbi sursat zərərsizləşdirilib
  03 Oktyabr 2018    Oxunub:1714
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sentyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursat (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, 2018-ci ilin sentyabr ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göygöl, Xızı, Xocavənd, Şəmkir, Tərtər, Yevlax rayonları və Bakı, Gəncə, Lənkəran şəhərləri ərazisində 559,105 kv.m (55.91 ha) ərazi yoxlanılıb,1 346 PHS və 2 ədəd Piyada Əleyhinə Mina (cəmi 1,348 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 482 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

Agentlik tərəfindən indiyədək cəmi 530,613,274 kv.m (53.061,33 ha) ərazi təmizlənib, 799,643 ədəd mina və (PHS) tapılaraq zərərsizləşdirilib.

2018-ci ilin sentyabr ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 13 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 10 müraciət daxil olub. Müraciətlər əsasında 32,950 kv.m (3,3 ha) ərazi təmizlənib, 181 PHS aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti