Son vaxtlar tənəffüs yolu xəstəlikləri artıb

Son vaxtlar tənəffüs yolu xəstəlikləri artıb
  03 Oktyabr 2018    Oxunub:4509
Fəsil dəyişkənliyi ilə əlaqədar insanlarda son dövrlər yuxarı tənəffüs yollarının iltihabı ilə gedən xəstəliklər artıb.

Bunu AzVision.az-a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev deyib. O, bildirib ki, yaz və payız aylarında orqanizmin fəsil dəyişkənliyinə uyğunlaşması tələb olunur:
"Bu baxımdan insanın immun sistemində müəyyən zəifləmələr qeydə alınır. Ona görə də insanların bu və ya digər xətəliklərə qarşı həssaslığı artır. Bunu səhv olaraq çox adam qrip epidemiyası kimi qiymətləndirir. Hələlik qrip epidemiyasından danışmaq çox tezdir. Bu, ola bilsin ki, müəyyən mənşəli virual və ya bakterial infeksiyalar olsun. Gələcəkdə havalar soyuduqca qrip epidemiyasının meydana çıxması ehtimalı yüksəlir. Buna görə də insanlar diqqət etməlidirlər. İlk olaraq qidalanmaya fikir verməli, mövsümə uyğun geyinməlidirlər. Açıq havada çox olmaq, idmanla məşğul olmaq lazımdır”.

C.İsayev daha çox meyvə və tərəvəz qəbul etməyi məsləhət görübü: “Suni qidalar, genetik modifikasiya olunmuş məhsullardan qaçmaq lazımdır. Konservləşdirilmiş ərzaqlar, eyni zamanda müxtəlif şirələr və qazlaşdırıcı içkilərdən istifadə edilməməlidir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qrip   Sağlamlıq   Həkim-məsləhəti  





Xəbər lenti