“İraqdakı azərbaycanlıların qaytarılması asan iş deyil” - Vitse-spiker

“İraqdakı azərbaycanlıların qaytarılması asan iş deyil” - Vitse-spiker
  03 Oktyabr 2018    Oxunub:2070
“İraqda olan azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan və ağrılı məsələdir. Bununla bağlı müxtəlif məlumatlar gəlir. Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə yaxın qohumlarının uşaqları İraqda olan insanların qəbulu zamanı konkret faktlarla bağlı məlumatlar almışıq”
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B.Muradov qeyd edib ki, komitəyə edilən çoxsaylı müraciətlər müvafiq orqanlara ünvanlanıb:

“Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir. Əlbəttə, bu məsələ o qədər asan və rahat iş deyil. Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz. Ölkəmiz özünün imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bahar-Muradova  





Xəbər lenti