“Qarabağ” “Arsenal” oyunu - Stadiona 3 saat tez gəlin!
AzVision.az xəbər verir ki, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları 17:55-də açılacaq.
Həmçinin qarşılaşma ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Belə ki, plana uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək. Zərurət yaranacağı təqdirdə xəttə ehtiyat qatar veriləcək. Sərnişinlərin metronun "Koroğlu" stansiyasının xidmətindən tam təhlükəsiz və rahat istifadə etməsi təmin olunacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.
Anar Kəlbiyev
AzVision.az