Şeyx Çeçenistana gedir

Şeyx Çeçenistana gedir
  04 Oktyabr 2018    Oxunub:1896
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Çeçenistanın paytaxtı Qroznı şəhərinə səfərə gedəcək.
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan yubiley tədbirində fəxri qonaq qismində iştirak edəcək A.Paşazadə təbrik nitqi ilə çıxış edəcək, respublika rəhbərliyi və tədbirə təşrif buyurmuş qonaqlarla görüşlər keçirəcək.

AzVision.az


Teqlər: Şeyx   Çeçenistan  





Xəbər lenti