“Az avtomobil çox həyat” devzi altında veloyürüş keçiriləcək

“Az avtomobil çox həyat” devzi altında veloyürüş keçiriləcək
  04 Oktyabr 2018    Oxunub:1820
“Az avtomobil çox həyat” devzi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizlik Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “İsma bike”-ın iştirakı ilə 07 oktyabr 2018-ci il tarixində veloyürüş keçiriləcək.
AzVision.az xəbər verir ki, veloyürüş saat 10:00-da Azneft meydanından start götürəcək və Heydər Əliyev Mərkəzinədək davam edəcək.

Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

AzVision.az


Teqlər: ETSN   Veloyürüş  





Xəbər lenti