Rusiya XİN-dən növbəti Qarabağ açıqlaması: “Hər cür dəstək verəcəyik”

Rusiya XİN-dən növbəti Qarabağ açıqlaması: “Hər cür dəstək verəcəyik”
  04 Oktyabr 2018    Oxunub:2078
“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət meyilləri alqışlayırıq və onları ehtiyatsız bəyanatlarla zədələmək olmaz”.
AzVision.az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meyilləri alqışlayır. İndi bu müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirmək lazımdır", - M.Zaxarova bildirib.

XİN rəsmisi münaqişənin nizamlanması üzrə son görüşlər və problemin həllində Rusiyanın rolu barədə danışarkən deyib: "Biz də öz tərəfimizdən bu müsbət meyillərə mümkün qədər hər cür dəstək verəcəyik”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Zaxarova   Qarabağ   Münaqişə  





Xəbər lenti