Deputat ATƏT PA-da Qarabağ məsələsini qaldırdı

Deputat ATƏT PA-da Qarabağ məsələsini qaldırdı
  04 Oktyabr 2018    Oxunub:1846
Qırğısıztanın paytaxtı Bişkekdə payız sessiyasına başlayan ATƏT Parlament Assambleyasının əsas müzakirə mövzusu “Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə” olub. Müzakirələrdə çıxış edən ATƏT rəhbərliyi və Qırğızıstanın xarici işlər naziri regionada olan təhlükələrdən və onların aradan qaldırılması yollarından danışıblar.
AzVision.az xəbər verir ki, sessiya çıxış edən deputat Tahir Mirkişili regionda təhlükəsizliyin pozulmasında əsas təhlükə mənbəyi olaraq işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünü pozulması oıduğunu göstərib və Ermənistanın 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınmasının bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Bu gün Azərbaycan ərazisinin 1/5-i işğal altında, əhalinin isə hər 9 nəfərindən 1-i məcburi köçkündürlər” – deyən Tahir Mirkişili bu faktın həm də Azərbaycanda prioritet olan insan kapitalının inkişafına mane olduğunu göstərib.

Ermənistanda hökumət dəyişikliyinin Dağıq Qarabağ münaqişəsinin ədalətli həllinə müəyyən ümidlər yaratdığını deyən T.Mirkişili sonrakı proseslərin və Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatlarının münaqişənin həllinə zərbə vurduğunu və bunun regionda yeni təhlüklli situasiya yaratdığını qeyd edib.

Regional təhlükəsizliyə nail olmaqda əsas məqsədlər kimi, o, daxili sabitlik, vətəndaş həmrəyliyi, cəmiyyətdə həmrəylik, multikulturalizm, dinlər arası və xalqlar arası dialoq, dayanlıq və dinamik iqtisadi inkişafı göstərib və buna nail olmaqda hər bir ölkəni Azərbaycanın təşəbüsslərini dəstəkləməyə çağırıb.

AzVision.az


Teqlər: ATƏT   Qarabağ  





Xəbər lenti