Lift İdarəsindəki qanun pozuntuları ilə bağlı cinayət işi açılıb

  04 Oktyabr 2018    Oxunub : 1667
Lift İdarəsindəki qanun pozuntuları ilə bağlı cinayət işi açılıb
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzVision.az-a bildirib ki, fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub, hazırda müəssisədə yoxlamalar aparılır.

AzVision.az

Teqlər: Lift   İdarə   Qüdrət-Şükürov