İlham Əliyev Mahir Məmmədovu təbrik edib

İlham Əliyev Mahir Məmmədovu təbrik edib
  04 Oktyabr 2018    Oxunub:2065
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədova təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Mahir Ələsgəroviç, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir. Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram".

Dövlətimizin başçısı Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçi də təbrik edib. Məktubda qeyd olunur: "Hörmətli Arkadi Vladimiroviç, Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Dünyada şahmat ənənələrinin inkişafı naminə bu məsul vəzifədə Sizə uğurlar arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Məktub  





Xəbər lenti