Bal yarmarkasının açılışı təxirə salındı - Yenilənib

  05 Oktyabr 2018    Oxunub : 2148
Bal yarmarkasının açılışı təxirə salındı - Yenilənib
Hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar, vətəndaşların və yarmarka iştirakçılarının rahatlığını nəzərə alaraq bal yarmarkasının açılış mərasimi təxirə salınıb.

Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
***
Bu gün Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılacaq.

AzVision.az xəbər verir ki, yarmarka oktyabrın 28-dək davam edəcək. Bu il yarmarkada iştirak etmək üçün Dövlət Aqrar İnkişaf Mərkzələrinə 371 müraciət daxil olub.

Arıçılar yarmarkaya 150 ton süzmə bal çıxarmağı planlaşdırır. Yarmarkaya gətirilən balın 5 tonu çərçivə halındadır. Daha çox arı məhsulları Astaradan və Aran iqtisadi rayonundan daxil olub.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, sərgi-yarmarkaya çıxarılan bal məhsulları ciddi şəkildə müvafiq standartlara uyğun ekspertizadan keçirilib. Belə ki, yarmarkaya daxil olan məhsullar məxfi şəkildə kodlaşdırılıb, agentliyin əməkdaşları tərəfindən nümunələr götürülüb. 3974 bal nümunəsi ekspertizadan keçirilib, təqribən 900 nümunənin keyfiyyətsiz olduğunun aşkar edilib. Nəticədə 30 tona yaxın keyfiyyətsiz hesab edilən bal məhsulları xüsusi anbara yığılaraq satışdan çıxarılıb.

Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək.

Yarmarka bu gün saat 15:00-da açılacaq.

AzVision.az

Teqlər: Bal   Yarmarka