Deputat həmkarının təklifinə etiraz etdi - Spikerdən maraqlı sual

Deputat həmkarının təklifinə etiraz etdi - Spikerdən maraqlı sual
  05 Oktyabr 2018    Oxunub:1473
Milli Məclisin deputatı Fərəc Quliyev bu gün keçirilən plenar iclasda soyad sonluqlarındakı “ov”, “yev” sözlərinin götürülməsini təklif edib.

AzVision.az-ın məlumatına görə, F.Quliyev bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri verilərkən buna əmək etmək lazımdır.
Deputat Aqil Abbas isə buna etiraz edib: “Soyadların sonluqlarının dəyişdirilməsi ilə bağlı məcburiyyət ola bilməz. Tutaq ki, mənim soyadım Abbasdır, amma nəslimdəki adamların soyadları Abbasovdur. Burada məcburiyyət niyə olsun ki?”

Spiker Oqtay Əsədov da F.Quliyevə sual ünvanlayıb: “Fərəc Quliyev, bəs niyə özün dəyişmirsən?”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti