Parlamentdə Binədəki qəza ilə bağlı müzakirə

Parlamentdə Binədəki qəza ilə bağlı müzakirə
  05 Oktyabr 2018    Oxunub:1191
“Bu günlərdə sərnişin daşıyan avtobus qatarla toqquşdu və xeyli insan yaralandı. Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil və buna bənzər hadisələr bir neçə dəfə baş verib”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq:

“Təəssüf edirəm ki, həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradır. Bəzi avtobuslarda gediş haqqı karta ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün problemlər yaranır”.

F.Ağamalı təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin məsuliyyətini artırmaq üçün Cinayət və inzibati Xətalar Məcəlləsinə konkret əlavələr olunsun.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Fəzail-Ağamlı   Deputat   Milli-Məclis  





Xəbər lenti