Xəzər Dəniz Neft Donanmasına yeni gəmi daxil edilib

Xəzər Dəniz Neft Donanmasına yeni gəmi daxil edilib
  05 Oktyabr 2018    Oxunub:2098
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib.
AzVision.az xəbər verir ki, “Zirə” adlı təchizat-yedək gəmisi ilə müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.

Təchizat-yedək gəmisi yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tankına malikdir. Uzunluğu 60, eni 16 metr, sürəti 13 uzel gəminin dedveyti 1700, dartma qüvvəsi 75 tondur.

“Zirə” müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Onun texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə, hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.







AzVision.az


Teqlər: Gəmi   Donanma  





Xəbər lenti