“Pyotr Velikiy” kruiz gəmisi Xəzərə buraxılacaq - Vaxt açıqlandı

“Pyotr Velikiy” kruiz gəmisi Xəzərə buraxılacaq - Vaxt açıqlandı
  06 Oktyabr 2018    Oxunub:4672
Rusiyada Xəzər dənizinə "Pyotr Velikiy" adlı kruiz gəmisinin buraxılması planlaşdırılır.

Bu barədə AzVision.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin rəsmi nümayəndəsi Kənan Quluzadə məlumat verib. O bildirib ki, gəmi Həştərxan vilayətindən dənizə buraxılacaq və Bakı, İran, Türkmənistan, Qazaxıstan ölkələrinə layner keçidləri təşkil ediləcək.
"Gəminin tez vaxtda buraxılması gözlənilirdi. Lakin proseslərin gedişi bu layihənin gələn il də gerçəkləşməyəcəyini göstərir. 2020-ci ildə Rusiya tərəfi layneri istifadəyə verəcək. Buna qədər Azərbaycan və Rusiya tərəfi təqdimatlar keçirəcək və laynerin tam olaraq potensialı gələcək istifadəçilər üçün nümayiş etdiriləcək. Layner 4-5 ulduzlu otel tiplidir. Xəzər boyu səyahət edəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Gəmi   Turist   Xəzər   Dəniz  





Xəbər lenti