Azərbaycandan Həştərxana getmək rahat olacaq

  06 Oktyabr 2018    Oxunub : 1040
Azərbaycandan Həştərxana getmək rahat olacaq
Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında daha az büdcəli gəmilərin istifadəyə verilməsi müzakirə edilir.
Bunu AzVision.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin rəsmi nümayəndəsi Kənan Quluzadə deyib.

O bildirib ki, hər iki tərəfin su nəqliyyatı ilə əlaqəyə diqqət və marağı var. "Bu gün quru yolu ilə Azərbaycan-Həştərxan arasında gediş-gəliş bir az çətindir. Həm məsafə uzaqdır, həm də digər faktorları nəzərə almaq lazımdır. Sərhədləri keçmək turistlər üçün çətinliklər yaradır. Bundan əlavə, Həştərxan və Bakı arasında birbaşa uçuşlar yoxdur. Ən əlverişli yol su yoludur. Bununla bağlı danışıqlar gedir".

K.Quluzadə qeyd edib ki, Azərbaycanla Rusiya arasında turizmin inkişafına böyük diqqət yetirilir: "Stavropol, Dağıstan, uzaq Altay diyarı ilə danışıqlarımız davam edir. İlin sonuna qədər Azərbaycanın rəsmi turistik nümayəndəliyinin Rusiyada açılması planlaşdırılır".

Aytən Zəhra
AzVision.az

Teqlər: Həştərxan   Turizm   Gəmi