AŞPA-nın payız sessiyası işə başlayır
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edəcək.
Sessiya çərçivəsində Tunis Respublikasının xarici işlər naziri Khemaies Jhinaouinin çıxışı da gözlənilir. Bundan başqa, Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq.
Sessiyada Parlament Assambleyasının səlahiyyətlər və səsverməyə dair qərar qəbuletmə prosesinin möhkəmləndirilməsi, desantralizasiya prosesinin uğurla həyata keçirilməsində milli parlamentlərin rolu, Avropa Şurasına üzv ölkələrdə qaçqın və miqrantların ailə üzvlərinin birləşməsinə dair müzakirələr aparılacaq.
Payız sessiyası oktyabrın 12-dək davam edəcək. (AzərTAc)
AzVision.az
Teqlər: AŞPA