“İnterpol”un itkin düşən rəhbərinə qarşı ittiham

“İnterpol”un itkin düşən rəhbərinə qarşı ittiham
  08 Oktyabr 2018    Oxunub:1413
"İnterpol"un itkin düşmüş prezidenti Men Hunvey Çində qanunu pozmaqda şübhəli bilinir. Bu səbəbdən hazırda dövlət nəzarət komitəsi onunla bağlı yoxlama aparır.
AzVision.az xəbər verir ki, bununla bağlı Çin Kommunist Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyası məlumat yayıb.

Qeyd edək ki, "İnterpol"un rəhbəri Men Hunvey sentyabrın 29-da Çinə gedib. Həmin vaxtdan onunla əlaqə saxlamaq mümkün olmayıb və itkin düşməsi haqda xəbərlər yayılıb.

Xatırladaq ki, Hunvey 2016-cı ilin noyabrında 4 il müddətinə “İnterpol”un prezidenti seçilib. Onun bu posta gəlməsi Pekinin siyasi rəqiblərinə qarşı hücumları artırmaq üçün “İnterpol”dan potensial vasitə kimi istifadə edəcəyi ehtimallarını artırıb. Çünki Çin rəhbəri Si Tsinpin ölkədə 4 illik anti-korrupsiya kampaniyasına start verərək, Çindən xaricə qaçan keçmiş hökumət rəsmiləri və digər şübhəlilərin geri qaytarılmasına çalışır. Artıq 2014-cü ildən bəri Pekinin “İnterpol” xətti ilə axtarışa verdiyi 100 ən şübhəli cinayətkardan 1/3-i Çinə ekstradisiya olunub.

AzVision.az


Teqlər: İnterpol   Çin  





Xəbər lenti