"BakuBus” avtobuslarında 100-ə yaxın sənəd tapılıb

  08 Oktyabr 2018    Oxunub : 672
"BakuBus” avtobuslarında 100-ə yaxın sənəd tapılıb
Avqust ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd pulqabı, 5 ədəd çanta, 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd kompüter avadanlığı və 1 dəst paltar sahibinə qaytarılıb.
“BakuBus” MMC-dən AzVision.az-a verilən məlumata görə, həmçinin sahiblərinə çatdırılması üçün 70 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 7 sənəd isə “Poçtap” xidmətinə təhvil verilib.

Eyni zamanda, avqust ayında avtobuslarda tapılan Azər Xanbaba oğlu Həsənli və Hüsniyyə Mirbayram qızı İsmayılovaya məxsus şəxsiyyət vəsiqəsi, Fuad Gülağa oğlu Piriyev, Namiq Faiq oğlu Salmanov, Tariyel Allahverdi oğlu Ağayev və Mirələsgər Məmmədova məxsus iş kartı, Cəmilə Sarxaşovaya məxsus bank kartı, eləcə də İlqar Əmirxan oğlu Ələkbərov və Əjdər Nuriyevə məxsus müxtəlif sənədlərin surətləri hazırda “BakuBus” MMC-dədir. Həmçinin içərisində Ulduz Qəhrəman qızı Verdixanovaya məxsus şəxsiyyət vəsiqəsi olan çanta və Tural Müşfiq oğlu Sadıqova məxsus şəxsiyyət vəsiqəsi olan pulqabı, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır.

Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.

Qeyd olunub ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə cavabdehlik daşımır.

AzVision.az

Teqlər: Bakubus