İcra başçısı olmayan rayonlar - Onların yeri boşdur
AzVision.az xəbər verir ki, sonuncu dəfə oktyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hələlik onun yerinə təynat yoxdur.
Bundan başqa Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi hələ də boşdur. Belə ki, iyulun 16-da dövlət başçısının sərəncamına əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib. O, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir. E. Əzizov buna qədər Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: İcra-başçısı Vəzifə