“İrəvandakı hadisələr Bakının xeyrinədir” - Zahid Oruc

“İrəvandakı hadisələr Bakının xeyrinədir” - Zahid Oruc
  08 Oktyabr 2018    Oxunub:3027
“Son illər ordu dövlət siyasətinin önünə çıxıb. 2016-cı ilin aprel döyüşlərindən sonra böyük fasilərlə keçən Qarabağ danışıqları Ermənistandakı inqilabın nəticəsi ilə faktiki olaraq iflasa uğrayıb”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib. Deputat bildirib ki, əslində hadisələrin belə gedişi rəsmi Bakının maraqlarının xeyrinə işləyir:

“İndi Paşinyan hələ də küçə üsyanının təsiri altında özü də bilmədən danışqılar prosesini boykot eləyərək, ənənəvi müstəvini sındırıb və regionu əldə saxlayan kənar oyunçuların konflikti monopoliyada tutmasına böyük zərbə vurub. Kiminsə şübhəsi yoxdur ki, 1-ci Qarabağ müharibəsinin nəticələrini dəyişdirmək üçün 1990-cı illərin ortalarında formalaşan formatın səmərəsizliyi maksimum 10 ildən sonra tam sübuta yetirilmişdi və onu ləğv etməkdən, yeniləməkdən ötrü mütləq İrəvanda səhra komandirlərinin hakimiyyətinə son qoyulmalıydı. İndi Prezident İlham Əliyev bütün regional dövlətlərlə yaxşı siyasi-hərbi əlaqələr quraraq, tarixdə heç vaxt olmayacaq dərəcədə uğurlu bir uzlaşma platformasını formalaşdırmağa nail olub. Təsəvvürə gətirirsizmi- İran, Türkiyə, Rusiya ilə əlaqələrimiz, o cümlədən, həmin dövlətlərin arasındakı ittifaqlar son 30 ildə heç vaxt indiki qədər yaxşı olmayıb”.

Z.Oruc, həmçinin qeyd edib: “Prezident İlham Əliyev ATƏT Baş katibi Tomas Qremingerlə görüşdə İrəvana xəbərdarlıq edərək, faktiki olaraq müharibəyə gerçək hazırlıqlarını qətiyyən gizlətmədi və Bakıda böyük milli coşquya səbəb olan, əsil səfərbərlik hadisəsinə çevrilən 15 sentyabrda keçirilən hərbi paradın da hədəfi təkcə tarixə ehtiram deyildi, eləcə də dünyaya verilən aydın bir mesajın təntənəsiydi. Oradan çıxan nəticələrin hamısını bölgədə marağı olan mərkəzlərin yaxşı dəyərləndirməyə imkanları var, ən başlıcası, dediyimiz kimi, Paşinyan siyasi vasitəçilərdən imtina edərək prosesi orduların üzərinə keçirib və son aylar ərzində nümayiş edilən əzələ gücü sübut edir ki, Azərbaycanın arzuldağı da elə budur.Axı səngərdəki qüvvələr nisbətini indi müqayisə edəndə savaşın nə ilə yekunlaşacağını təxmin etmək o qədər də çətin olmur.

Prezident İlham Əliyev Ermənistanın daxili siyasi böhran şəraitində bütün antipaşinyançıların birləşərək yeni hökuməti yıxmaq istəməsində Qarabağ faktoruna əl ata biləcəklərini çox ustalıqla nəzərə alır. Diplomatik, siyasi və hərbi şərtlər Azərbaycan liderinin istədiyi səmt üzrə inkişaf edir. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində Paşinyanın mövqeyində geriçəkilmə müşahidə edildi. Fikrimcə, o, artıq gerçəklikləri anlamağa başlayır”.

AzVision.az


Teqlər: Zahid-Oruc   Deputat  





Xəbər lenti