“Ayda iki dəfə şəhid ailələrinin müraciətinə baxılacaq” - Nazir
"Şəhid ailələrinə birdəfəlik yardımın edilməsi üçün dövlət başçısı tərəfindən 58 milyon manat vəsait ayrılıb. Eyni proses növbəti ildə də davam etdiriləcək".
Nazir bildirib ki, şəhid ailələrinə birdəfəlik yardım edilməsi ilə bağlı ümumi sayı məxfi məlumatdır: "Ödənişlərin ödənilməsi prosesini bu il və gələn il üçün nəzərdə tutmuşuq. Bu il müraciətlərin çox olacağı planlaşdırılıb. Bu il ola bilsin ki, müraciətlərin yarıdan çoxu həyata keçirləcək".
S.Babayev qeyd edib ki, ölən şəxsin övladlarının sayına görə faiz ödəniləcək. Onun sözlərinə görə, nazirlik tərəfindən birdəfəlik ödəmə ilə bağlı rüsum yoxdur. Yalnız notariusda dövlət rüsumları olacaq.
Aytən Zəhra
AzVision.az
Teqlər: Sahil-Babayev Nazir