Tıxacda bunu etməyin! - 60 manat və 3 bal cərimə

Tıxacda bunu etməyin! - 60 manat və 3 bal cərimə
  09 Oktyabr 2018    Oxunub:35117
Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tətbiq edilən sarı kəsişmə torunda qalan sürücülər cərimələnəcək.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə altmış manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub.

Mövcud qanunvericilikdə bu məsələ kifayət qədər aydın şəkildə öz əksini tapıb. Belə ki, “Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Lakin təəssüf ki, Bakı şəhərində sürücülər bu qaydaya əməl etmir ki, bu da günün pik saatlarında yol kəsişmələrinin qapanmasına səbəb olur. Torun çəkilməsi insanların yol hərəkəti qaydalarına daha ciddi riayət etməsinə yardım edəcək və məlumatverici xarakter daşıyır.

Bakı Nəqliyyat Agentliyinin bu addımı sürücülərin yol kəsişmələrində hərəkət zamanı daha ehtiyatlı və məsuliyyətli davranmalarına xidmət göstərir.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   sarıkəsişmətoru  





Xəbər lenti