Kamran Əliyev: “Korrupsiya cəmiyyət üçün zərərlidir”

Kamran Əliyev: “Korrupsiya cəmiyyət üçün zərərlidir”
  09 Oktyabr 2018    Oxunub:2199
“Xəstəlik insan orqanizmi üçün nə qədər zərərlidirsə, korrupsiya da cəmiyyət üçün o qədər zərərlidir”
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, buna görə də korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə özü-özlüyündə yalnız ixtisaslaşmış qurum tərəfindən aparılsa da, bunun daha səmərəli olması üçün digər dövlət qurumları ilə əməkdaşlıq edilməlidir: “Birgə fəaliyyət, məqsəd olmadan korrupsiyaya qarşı mübarizənin səmərəsi effektli olmaz”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Kamran-Əliyev  





Xəbər lenti