Bu il korrupsiya ilə bağlı 3007 müraciət edilib - RƏSMİ

Bu il korrupsiya ilə bağlı 3007 müraciət edilib - RƏSMİ
  09 Oktyabr 2018    Oxunub:1317
Cari ilin yanvar ayından bu günə qədər Baş prokuror anında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 3 min 7 müraciət daxil olub.

AzVision.az xəbər verir ki, i, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, onlardan 181-i özəl sektorla bağlıdır: "Bunlardan 55-i mənzil-tikinti kombinatıarı ilə bağlıdır, qalanları isə digər müəssisələrin fəaliyyəti ilə əlaqədardır. 24 işin istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Kamran-Əliyev   Korrupsiya  





Xəbər lenti