Binədə qəzaya düşən 10 nəfər hələ də xəstəxanadadır

Binədə qəzaya düşən 10 nəfər hələ də xəstəxanadadır
  09 Oktyabr 2018    Oxunub:1093
Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alanlardan 10 nəfərin müalicəsi davam edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova AzVision.az-a bildirib ki, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında 8 nəfər qalıb:

“Onlardan biri reanimasiyadadır. Elmi Tədqiqat Travmatologiya İnstitutunda isə hazırda bir nəfər müalicə olunur. Onun səhhəti qaydasındadır. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1983-cü il təvəllüdlü Aygün Babayevanın vəziyyəti həkimlərin səyi nəticəsində yaxşılaşmağa doğru gedir”.

Qeyd edək ki, oktyabrın 1-də 160 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qəza   Səhiyyə-Nazirliyi   Binə   Yaralı  





Xəbər lenti