Yük maşını piyadanı vurub öldürdü

Yük maşını piyadanı vurub öldürdü
  09 Oktyabr 2018    Oxunub:1241
Oktyabrın 8-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində, yolun təmir hissəsində Kəlbəcər rayon sakini Etibar Xanlarov “Shacman” markalı avtomobili arxaya verərkən Laçın rayon sakini Məzahir Mustafayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti