AFFA "Qəbələ"ni cərimələyib

AFFA "Qəbələ"ni cərimələyib
  09 Oktyabr 2018    Oxunub:7041
AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 800 manat məbləğində cərimələyib.
AzVision.az xəbər verir ki, buna səbəb komandanın baş məşqçisi Sənan Qurbanovun Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak etməməsidir.

Komitə "Neftçi"nin futbolçusu Slavko Braliçi VII turda "Sabah"ı 2:0 hesabı ilə məğlub etdilkləri oyunda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırıb, klub isə 200 manat məbləğində cərimə olunub.

AzVision.az


Teqlər: AFFa   Futbol  





Xəbər lenti