Nazirlik brakonyeri cərimələyib

Nazirlik brakonyeri cərimələyib
  09 Oktyabr 2018    Oxunub:1762
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin Ələt qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxs saxlayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Qaradağ rayon sakini Qurban İskəndərov olduğu müəyyən edilib, ondan ov alətləri və qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 495 manat məbləğində iddia qaldırılıb. Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti