Cinayət Məcəlləsinə daha bir dəyişiklik edilir

Cinayət Məcəlləsinə daha bir dəyişiklik edilir
  09 Oktyabr 2018    Oxunub:1495
Azərbaycanda radioaktiv materiallarla qanunsuz davranmaya görə nəzərdə tutulan cəzalara əlavələr edilib.
AzVision.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 226-cı (Radioaktiv materiallarla qanunsuz davranma) madəsinə əlavə edilən 226.3-cü bəndə əsasən, fiziki və ya hüquqi şəxsi, dövlət qurumlarını və ya beynəlxalq təşkilatları hər hansı hərəkətin edilməsinə məcbur etmək və ya hər hansı hərəkətin edilməsindən çəkindirmək məqsədilə radioaktib materialları talamaqla hədələməyə görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Radioaktiv materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələməyə görə isə 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsi planlaşdırılır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Layihə   Milli-Məclis  





Xəbər lenti