Diplomatik gərginlik bitdi: Səudiyyə Almaniya ilə barışdı

Diplomatik gərginlik bitdi: Səudiyyə Almaniya ilə barışdı
  09 Oktyabr 2018    Oxunub:2870
Səudiyyə Ərəbistanı Almaniya ilə arasında təqribən 1 il sürən diplomatik gərginliyə son qoyub.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Almaniyadakı səfiri yenidən Berlinə dönərək, bu gündən etibarən diplomatik nümayəndəliyin rəhbəri kimi fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, 2017-ci ilin noyabrında Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel livanlı həmkarı ilə görüşündə Livanın baş naziri Həririnin istefasını sərt şəkildə tənqid etmiş, Səudiyyə Ərəbistanını bu ölkənin daxili işlərinə müdaxilədə ittiham etmişdi.

Cavabında isə Almaniya XİN rəhbərinin regionda sülh və sabitliyə qarşı yönələn və yanlış informasiyaya əsaslanan bəyanatlar verdiyini deyən Ər-Riyad Səudiyyə Ərəbistanının Almaniyadakı səfirini məsləhətləşmələr üçün geri çağırmışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   Almaniya   Livan  





Xəbər lenti