Miqrasiya Xidmətində müştərək görüş keçirilib

Miqrasiya Xidmətində müştərək görüş keçirilib
  09 Oktyabr 2018    Oxunub:1295
Dövlət Miqrasiya Xidmətində “Azərbaycan Respublikasının təkmil miqrasiya profili”nin hazırlanmasına dair müştərək görüş keçirilib
Xidmətdən AzVision.az-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə DMX-nin inzibati binasında təşkil etdiyi “Azərbaycan Respublikasının təkmil miqrasiya profili”nə dair müştərək görüşdə on bir mərkəzi icra hakimiyyəti orqanının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ekspertlər iştirak edib.

Tədbirdə DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış edərək layihənin mahiyyəti barədə məlumat verib. Bildirib ki, “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanacaq “Azərbaycan Respublikasının təkmil miqrasiya profili”nin məqsədi regional və qlobal öhdəliklərə dayanaraq ölkəmizin miqrasiya sahəsində siyasətinin inkişafına dəstək verilməsidir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin məsul əməkdaşlarının və ekspertlərin görüşdə geniş təqdimatla çıxışları dinlənilib, prioritetlər təhlil olunub.

AzVision.az



Teqlər: Miqrasiya   Görüş  





Xəbər lenti