Hərbçilərimiz Əfqanıstana yola salındı - FOTO

Hərbçilərimiz Əfqanıstana yola salındı - FOTO
  09 Oktyabr 2018    Oxunub:1491
NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.





AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Hərbçi   Sülhməramlı  





Xəbər lenti