​Elmar Vəliyevin daha bir kadrı işdən çıxarılıb

  09 Oktyabr 2018    Oxunub : 1347
​Elmar Vəliyevin daha bir kadrı işdən çıxarılıb
Gəncə Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbrahimov Nürəddin Nizami oğlu vəzifəsindən azad edilib.
AzVision.az “Report”-a istinadən xəbər verir ki, bununla bağlı Gəncənin icra başçısı Niyazi Bayramov əmr imzalayıb. Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, avqustun 28-də prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

AzVision.az

Teqlər: Gəncə