Naxçıvan Turizm Departamentinin strukturu təsdiqlənib

Naxçıvan Turizm Departamentinin strukturu təsdiqlənib
  10 Oktyabr 2018    Oxunub:1831
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə və Departamentin strukturu təsdiq edilib. Turizm Departamenti Aparatının işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə həmin fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Fərman  





Xəbər lenti