Vasif Talıbov 10 nəfəri təltif edib

Vasif Talıbov 10 nəfəri təltif edib
  10 Oktyabr 2018    Oxunub:2312
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bir qrup şəxsin “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamı
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyisahəsində səmərəli fəaliyyətlərinə görə, Bayramov Xeybər Məhəmməd oğlu, Əhmədov Araz Vəliyullah oğlu, Əsədov Elməddin Təvəkkül oğlu, Həsənov Hüseyn Cəbi oğlu, Hüseynov Cəmşid Pənah oğlu, İsmayılov Faiq İbrahim oğlu, Qənbərov Etibar Tarqulu oğlu, Məmmədov Hasil Qənbər oğlu, Novruzov Şahin Rizvan oğlu və Vəliyev Vəli Əli oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Qeyd edək ki, bu gün yanğınsöndürənlərin peşə bayramıdır.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Naxçıvan   Təltif  





Xəbər lenti