Sürücülərin diqqətinə: Çalışın, tora düşməyin! - FOTO

Sürücülərin diqqətinə: Çalışın, tora düşməyin! - FOTO
  10 Oktyabr 2018    Oxunub:7580
"Sarı torla bağlı dostlar mənə bu fotonu göndəriblər. Bunun hansı şəraitdə kim tərəfindən çəkildiyini bilməsəm də, məhz bu fotoda qayda pozuntusu ("Yol hərəkəti haqqında" qanun 75-ci maddəsinin 2-ci hissəsinin tələbinin pozulması) yoxdur".
AzVision.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Facebook" səhifəsində yazıb.

Fotonu şərh edən ekspert bildirib ki, bəzi avtomobillər sarı tor üzərində dayanmış olsalar da, onların getdiyi istiqaməti kəsən nəqliyyat axını üçün qırmızı işığın yandığı aydınca görünür.



"Belə vəziyyət qayda pozuntusu deyil. Qayda o vaxt pozulmuş olardı ki, fotoda solda yolayrıcının əks tərəfində görünən işıqforun yaşıl işığı yanmış olsun. Məlumat üçün deyim ki, dünən saat 17.40 radələrində təxminən 10 dəqiqə ərzində həmin yolayrıcını müşahidə etdim. Heç kəsin "Yol hərəkəti haqqında" qanun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini pozduğunu görmədim. Düzdür, həmin vaxt Bakıxanov küçəsində tam tıxanma yox idi (çox asta sürətlə hərəkət davam edirdi). Sürücüləri bu sarı torla çox qorxutmaq da lazım deyil", - deyə Ə.Hüseynov vurğulayıb.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi paytaxtda pilot layihə olaraq A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində ilk sarı kəsişmə toru nişanlanması təşkil edib. Belə ki, paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tətbiq edilən sarı kəsişmə torunda qalan sürücülər cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə altmış manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub.

AzVision.az


Teqlər: Yol   Sarı-tor  





Xəbər lenti